Dünya tarixində bir çox faciələr baş vermiş, kədərli hadisələr yaşanmışdı. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Əslində Xocalı hadisəsini yalnız faciə adlandırmaq doğru olmazdı. Çünki, faciə insanların iradəsindən asılı olmayaraq baş vermiş hadisələrdir. Bəs əslində Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-da nə baş vermişdir? Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görülməmiş cinayətdir. Çünki, Xocalıda yalnız insanlar qətlə yetirilmədi, İnsanlıq qətl edildi! Tarixdə olmamış yalancı soyqırımını dünyaya tətbiq edən ermənilər Azərbaycan Xalqına qarşı əsil Soyqırımını törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı Rus alayının köməyilə Xocalıya hücum edən ermənilər yazıx və miskin maskalarını ataraq əsl simalarını göstərdilər. Bu simanın adı bütün vəhşiliyin, qəddarlığın fövqündə duran ermənilikdir. Hələ dünyaya gəlməyən körpəni belə qətl edən ermənilik. Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həmdə xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Həmin gün 613 nəfər Azərbaycanlı qətlə yetirildi. Onlar yalnız Azərbaycanlı olduqları üçün erməni faşistləri tərəfindən qətlə yetirildilər. 1275 nəfər Xocalı sakini girov götürüldü. Bu cinayət əslində yalnız erməni cəlladlarının adına yazıla bilməz. Cinayəti görmək istəməyən, insan haqlarını şüar etmiş böyük dövlətlər də bu vəhşiliyə şərikdi. Çünki, İnsanlıq aləmində ədalət məhkəməsi ilə yanaşı, vicdan məhkəməsidə vardır. Nə qədər ki, böyük dövlətlər bu cinayətə göz yumacaq bu onlarən vicdanına yazılacaq. Gözlərin kor olması insanın duyqularını, mənəviyyatını öldürmür. Vicdanın kor olması isə insanı mənəvi cəhətdən şikəst edir,İnsanlıq duyqularını öldürür. Xocalıda dinc əhaliyə qarşı qəddarlıq hadisələrinin təşkilatçıları və iştirakçıları olan Ermənistan rəhbərliyi də baş verənləri etiraf etmişdir. Bu amansız etiraf qarşısında Dünya birliyinin susması təəccüb və təəssüf doğurur. Xocalı hadisəsi tariximizə yalnız faciə və soyqırım olaraq yazılmamışdır. Xocalı həmdə qəhrəmanlıq səlnaməsidir. Xocalının az saylı müdafiəçiləri düşmənin təpədən dırnağa qədər silahlanmış qoşunlarına qəhrəmancasına müqavimət göstərmişdir. Xocalı hava limanını müdafiə edən dəstənin komandiri Əlif Hacıyev və Milli Ordunun komandiri Tofiq Hüseynov Xocalı ugrunda döyüşlərdə şəhid olmuşlar. Onlar Azərbaycanın milli qəhrəmanlarıdırlar. Xocalı faciəsinə əsil tarixi və hüquqi qiyməti ilk dəfə olaraq ulu öndər Heydər Əliyev vermiş dir. 1997-ci il 25 fevral tarixli sərəncamı ilə Xocalı faciəsinin bəşər tarixində "Qara Ləkə" kimi qalacağını bildirən və ora bütün insanlığa qarşı cinayət kimi qiymət verən prezident Heydər Əliyev hər il 26 fevral saat 17 :00 u sükut dəqiqəsi elan etmişdir. Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının yaddaşındadır və dünya tarixində kədər və matəm rəmzi olaraq qalacaqdır. Tarixdə "Şəhid" şəhər kimi alınacaqdır. Biz qəddarcasına öldürülmüş, işgəncələr verilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı faciəsini unutmayacayiq. Tarix bu vəhşiliyi bağışlayacaqdır.Şahin Əzimov,Xocalı soyqırımı şahidi, soyqırımda hər iki valideynini şəhid olan uşaqlardan biri